Türkiyə XİN: "Raket hücumundan müdafiə sistemi heç bir ölkəyə qarşı yönəldilməyib" - PƏSMİ

Türkiyə XİN: "Raket hücumundan müdafiə sistemi heç bir ölkəyə qarşı yönəldilməyib" - PƏSMİ

Türkiyə ərazisində raket hücumundan müdafiə (RHM) sisteminin yerləşdirilməsi heç bir ölkəyə qarşı yönəldilməyib. SİA xəbər verir ki, bunu "Milliyyət" qəzeti Türkiyə XİN-in mətbuat katibi Səlcuq Ünala istinadən yazıb.

O bildirib ki, RHM sisteminin yerləşdirilməsi NATO-nun raketdən müdafiə səviyyəsinin yüksəldilməsi məqsədi daşıyır.

Ünalın sözlərinə görə, Türkiyə bu bəyanatı İran tərəfinin reaksiyasına cavab olaraq verir.

Həmin radar ABŞ və NATO-nun RHM sistemi çərçivəsində Diyarbəkir şəhərində quraşdırılacaq.

Rəsmi Tehran Ankaraya bu barədə öz narahatlığını bildirmişdi.


Bütün xəbərlər Facebook səhifəmizdə