"Ermənistan və Azərbaycan Qarabağın qurbanıdır". SİA-nın \"News.am\" saytına istinadən verdiyi məlumata görə, bu barədə Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi Filip Lefor bu gün Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla birgə mətbuat konfransında deyib.
O qeyd edib ki, Avropa Birliyi ATƏT-in Minsk qrupu ilə birgə Dağlıq Qarabağ danışıq prosesində vasitəçilik missiyasına kömək etməyə çalışır: "Avropa Birliyi monitorinq və danışıq proseslərinin dəstəyinə görə, təcrübə və mexanizmlərə malikdir və Ermənistan və Azərbaycana kömək etmək arzusunu ifadə edir. Çünki Avropa Birliyi hər iki ölkəni bu münaqişənin qurbanı hesab edir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB