Hulusi Kılıç: “Azərbaycan və Türkiyə arasında Strateji Əməkdaşlıq Şurasının iclası oktyabr-noyabr aylarında keçiriləcək” - AÇIQLAMA
Azərbaycan və Türkiyə arasında Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının iclasının bu ilin oktyabr-noyabr aylarında keçirilməsi planlaşdırılır. Trend-in məlumatına görə, bu barədə bu gün jurnalistlərə Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç bildirib.
\"Şuranın iclası ya oktyabr, ya da noyabr ayında keçiriləcək\", - H.Kılıç deyib.
\"Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında strateji tərəfdaşlıq və qarşılıqlı yardım haqqında Müqavilə\"ni Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Abdullah Gül 2010-cu il avqustun 16-da İstanbulda imzalayıblar.
Səfirin sözlərinə görə, Azərbaycan müstəqillik qazandıqdan sonra iki ölkə arasında hərbi sahədə əməkdaşlıq gündən-günə dərinləşir. \"Azərbaycan Ordusu bölgənin ən güclü ordusuba çevrilir\", - o deyib. Hulusi Kılıç onu da qeyd edib ki, Azərbaycan və Türkiyə hər zaman sülh tərəfdarıdırlar.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB