Naxçıanda xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən bir qrup şəxs zərərsizləşdirilib
Naxcıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyi tərəfindən həyata keçirilmiş əks-kəşfiyyat tədbirləri nəticəsində xarici xüsusi xidmət orqanları ilə əməkdaşlıq etməkdə şübhəli bilinən bir qrup şəxs muəyyənləşdirilib və barələrində 09 avqust 2011-ci il tarixdə Naxcıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinin İstintaq şöbəsi tərəfindən Azərbaycan respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) cinayət işi başlanıb.
SİA-ya verilən məlumata görə, gostərilənlər ilə əlaqədar olaraq cinayət işi uzrə Culfa rayonunun Ərəzin kənd sakini 1980-ci il təvəlludlu Zeynalov Turac Şuriyyə oğlu 24 avqust 2011-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) şübhəli şəxs qismində tutulub, 26 avqust 2011-ci il tarixdə təqsirləndirilən şəxs qismində həmin maddə ilə istintaqa cəlb olunub. Həmin tarixdə Naxcıvan şəhər məhkəməsinin qərarı ilə T.Zeynalovun barəsində həbs qətimkan tədbiri seçilib və saxlanılması məqsədi ilə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin İstintaq Təcridxanasına göndərilib.
Cinayət işinin istintaqı zamanı muəyyən olunub ki, T.Zeynalov xarici xususi xidmət orqanlarının tapşırığı ilə Naxçıvan Muxtar Respublikasında yerləşən hərbi hissələr, iqtisadi və strateji dövlət obyektləri, yeni inşa olunmuş sement istehsalı zavodunun istehsal gücü və mühafizə səviyyəsi barədə məlumatlar toplayaraq onlara verib.
Eyni zamanda T.Zeynalov muxtar respublikadakı su hövzələri, onların mühafizə rejimlərinin müəyyən edilməsi, su hövzələrinə zəhərli maddələrin atılmasının mümkünlüyü, gələcəkdə bu yolla muxtar respublika ərazisində epidemiya və xəstəliklərin yayılması, ölkəmizin bu yolla qonşu dövlətlərdən asılı vəziyyətə salınması barədə tapşırıqlar alıb.
28 avqust 2011-ci il tarixdə zəruri istintaq hərəkətlərinin yerinə yetirilməsi məqsədi ilə T.Zeynaolv Naxcıvan Muxtar Respublikası Ədliyyə Nazirliyinin Penitensiyar Xidmətinin İstintaq Təcridxanasından Naxçıvan Muxtar Respublikası Milli Təhlükəsizlik Nazirliyinə gətirilərkən yolda səhhəti pisləşdiyindən Naxçıvan şəhər Təcili Tibbi Yardım Mərkəzindən tibbi yardım çağırılıb. Həkimlərin göstərdiyi tibbi yardımlara baxmayaraq T.Zeynalov vəfat edib. Ölümün səbəblərini araşdırmaq məqsədi ilə T.Zeynalovun meydi Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və Patoloji Anatomiya Birliyinə gondərilib.
Baş vermiş hadisə ilə əlaqədar olaraq T.Zeynalovun valideynlərinə dərhal məlumat verilib.
T.Zeynalov istintaqa verdiyi ifadələrində dəri xərcəngi xəstəliyindən əziyyət cəkdiyini, bel, boyun, sinə, qarın nahiyələrində xərcəng şişlərinin olmasını, bu şişlərin Bakı şəhərində və xarici ölkələrdən birindəki xəstəxanalarda şüa verilərək yandırıldığını və mutəmadi olaraq mualicə olunduğunu bildirib.
Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 274-cü maddəsi ilə (Dövlətə xəyanət) açılmış cinayət işinin istintaqı davam etdirilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB