Qənirə Paşayeva: “Azərbaycanla Gürcüstanın inkişafı bir-birinə bağlıdır” - AÇIQLAMA

Qənirə Paşayeva: “Azərbaycanla Gürcüstanın inkişafı bir-birinə bağlıdır” - AÇIQLAMA

\"Azərbaycanın ümummilli lideri Heydər Əliyevin hakimiyyətə gəlməsi Azərbaycan-Gürcüstan münasibətlərində dönüş nöqtəsi olub\". SİA-nın məlumatına görə, bunu bu gün Gürcüstanın Batumi şəhərində Azərbaycan müstəqilliyinin 20 illiyinə həsr olunmuş tədbirlər çərçivəsində keçirilən \"Azərbaycan dövlət müstəqilliyinin bərpasının iyirminci ilində\" adlı konfransda çıxışı zamanı deputat Qənirə Paşayeva bildirib.


Onun sözlərinə görə, Heydər Əliyevin hakimiyyətə gəlməsindən sonra bu münasibətlərin yeni mərhələsi başlayıb: \"Heydər Əliyev sübut etdi ki, Azərbaycan və Gürcüstan birlikdə daha güclü ola bilər. Azərbaycanın həyata keçirdiyi bütün layihələrdə Gürcüstan da var. Çünki Gürcüstanın inkişafı Azərbaycanın inkişafı üçün olduqca vacibdir. Azərbaycanla Gürcüstanı tək tarix deyil, bugünkü iqtisadi, siyasi və mədəni münasibətlər də bağlayır\".


Q.Paşayeva hər iki ölkənin etnik separatizmdən əziyyət çəkdiyini xatırladıb və əlavə edib ki, etnik separatizmə qarşı mübarizədə də Azərbaycanın və Gürcüstanın birgə fəaliyyətləri günü-gündən inkişaf edir: \"Əminəm ki, Azərbaycan və Gürcüstan bu cür münaqişələrin həlli istiqamətində dəstəyini gələcəkdə də sıx şəkildə artıracaqlar\".


O bildirib ki, Gürcüstan-Azərbaycan əlaqələrinin inkişafı burada yaşayan azərbaycanlıların inkişafı üçün də önəmlidir. \"İki ölkənin münasibətlərində bu məsələ hər zaman ön sıralarda olub. Bu gün Gürcüstanda yaşayan azərbaycanlıların inkişafı üçün şərait yaradılır\" - millət vəkili deyib.


Bütün xəbərlər Facebook səhifəmizdə