Sirt uğrunda döyüşlərə başlanılıb

Sirt uğrunda döyüşlərə başlanılıb
Liviyada Müəmmar Qəddafi tərəfdarları ilə müxalifətçilər arasında gedən döyüşlər səngimir. Artıq polkovnikin doğulduğu Sirt şəhəri uğrunda döyüşlərə başlanılıb. Müxalifətçilərin budəfəki əsas hədəfi Müəmmar Qəddafinin özüdür. Lakin Qəddafiyə sadiq güclər öz manevrlərini və taktikalarını dəyişiblər. SİA-nın verdiyi məlumatlara görə, şəhərə daxil olmağacan atan müxalifətçilərə qarşı diversiya qrupları və kəskin snayperlər mübarizə aparmaqdadırlar. Bu gün səhər saatlarında polkovnikə məxsus \"beşinci kolon\" hərbi birləşmələri müxalifətçilərə məxsus hərbi yük dolu gəmini partlatmağa nail olublar.

Bütün xəbərlər Facebook səhifəmizdə