Hərbi konvoya hücum edən terrorçuların 22-si həbs olunub

Hərbi konvoya hücum edən terrorçuların 22-si həbs olunub

Türkiyənin Hakkari vilayətinin Hakkari-Çukurca yolunun 15-ci kilometrliyində hərbi konvoya hücum edən terrorçuların 22-si həbs olunub. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, jandarma tərəfindən aparılan əməliyyat zamanı terrorçular gizləndikləri kənddə silahları ilə birlikdə ələ keçəriliblər.

Qeyd edək ki, Türkiyənin İraqla sərhəddə yerləşən Hakkari vilayətinin Şəmdinli bölgəsində PKK terrorçularının hücumu nəticəsində 8 əsgər şəhid olub, 14-ü isə yaralanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə