Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü olub

Azərbaycan və Ukrayna xarici işlər nazirlərinin görüşü olub

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov ölkəmizə işgüzar səfərə gəlmiş Ukraynanın xarici işlər naziri Konstantin Qrişenko ilə görüşüb.

Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı Ukrayna Prezidentinin Azərbaycana sonuncu səfəri zamanı tərəflər arasında əldə olunmuş razılıqların həyata keçirilməsi, iqtisadi və enerji sahələrində, eyni zamanda GUAM çərçivəsində əməkdaşlıq barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə