Xarici İşlər Nazirliyi Serj Sarkisyanın açıqlamasına rəsmi mövqe bildirib
\"Belə açıqlamalarla Ermənistan prezidenti Serj Sarkisyan, Praqa prosesindən tutmuş Madrid prinsiplərinin yenilənməsinə hazırlığa qədər əldə olunmuş bütün razılaşmalara son qoymağa səy göstərdiyini nümayiş etdirir\". SİA-nın məlumatına görə, bu barədə Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin birinci katibi Elman Abdullayev deyib.
Xatırladaq ki, Sevan gölündə
\"Birlikdə\" Gənclər Hərəkatının qurultayının gedişində Sarkisyan
bildirib ki, Dağlıq-Qarabağ münaqişəsi problemi sülh yolu ilə həll olunmalıdır.
O əlavə edib ki, Ermənistanın əsas hədəfi odur ki, Dağlıq Qarabağ (Dağlıq
Qarabağın separat rejimi) heç vaxt Azərbaycanın hakimiyyəti altında olmasın.
Prezident həmçinin deyib ki, Dağlıq Qarabağın müstəqilliyi nə qədər tez
tanınsa, hamı üçün bir o qədər yaxşı olacaq.
E.Abdullayevin sözlərinə görə, Emənistan prezidenti növbəti dəfə faktları yanıltmağa metodlara çalışır və Azərbaycan torpaqlarının işlağının davamına dəvət edir: \"S.Sarkisyan öz xalqını sülhə hazırlamaq və bu yolla region və onun rifahına öz töhfəsini vermək əvəzinə, erməni cəmiyyətini radikallaşdırır. Ermənistan prezidenti öz sözləri ilə öz həqiqi niyyətlərini ortaya qoyur və Ermənistanın real siyasətini nümayiş etdirir. Bu isə o deməkdir ki, o. sülh istəmir və öz qeyri-konstruktiv siyasətindən kənara çıxmaq fikrində deyil\".
O əlavə edib ki, öz sözləri ilə erməni prezidenti faktiki olaraq Rusiya, Fransa və ABŞ prezidentlərinin indiyə qədər verdiyi açıqlamalara ziddiyyətə gedir.Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB