Sürüşmə zonasında avtmobillərin hərəkəti məhdudlaşdırıldı

Sürüşmə zonasında avtmobillərin hərəkəti məhdudlaşdırıldı

Sürüşmə zonasında avtomobillərin hərəkəti tam məhdudlaşdırılıb. SİA-nın xəbərinə görə, bunu Bakı şəhər Dövlət Yol Polisi İdarəsinin şöbə rəisi Vaqif Əsədov deyib: "Sürücülərə və nəqliyyat vasitələri sahiblərinə alternativ yollardan istifadə etmək tövsiyə olunur"-deyə o əlavə edib.

Qeyd edək ki, Bayıl yamacında sürüşmə prosesinin aktivləşməsi bir neçə gün əvvəl müşahidə olunmağa başlayıb və Cənub dərəsi-Azər Nəsibov küçəsi istiqamətindən "Neftçilər" prospektinə doğru sürüşmə baş verib. Nəticədə Bayıl yamacının bu hissəsində dərin çatlar yaranıb. Hazırda əraziyə Fövqəladə Hallar Nazirliyinin müvafiq strukturlarının nümayəndələri və Mülki Müdafiə Qoşunlarının şəxsi heyəti cəlb olunub. Ərazi nəzarətə alınıb, əhalinin sürüşmə zonasına girişi qadağan edilib. Sürüşmənin qarşısını almaq məqsədi ilə yaranmış çatların gilli torpaqla doldurulması həyata keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə