Fəzail İbrahimli: \"Ermənistanı maliyyələşdirən və idarə edəndə Rusiyadır\" - MÜSAHİBƏ
Müsahibimiz millət vəkili Fəzail İbrahimlidir
- Fəzail müəllim, Ermənistan əhalisi kütləvi şəkildə ölkəni tərk edir. Bu amil hakimiyyətlə xalq arasında dərin uçurumun yarandığının göstəricisi sayıla bilər?
- Burada hakimiyyətlə xalq arasında uçurumun olması müxtəlif müstəvidə ola bilər. Siyasi müstəvidə olaraq bu uçurum dərinləşə bilər və yaxud da yeridilən ümumi strateji kurs hakimiyyətin yeritdiyi kurs arasında problem yaradaraq münasibətləri uçuruma apara bilər. Düşünürəm ki, burada söhbət Ermənistan hakimiyyəti ilə xalq arasındakı uçurumdan getmir. Ümumiyyətlə, Ermənistanda hakimiyyətin özünün uçuruma getməsindən söhbət gedir. Eyni zamanda, bu ölkədə iqtisadi, siyasi, mədəni, mənəvi həyatın uçuruma getməsindən və Dağlıq Qarabağ kartı üzərində hakimiyyətə gəlmiş bu qüvvələrin strateji kursunun iflasından gedir. Yəni, iqtisadi cəhətdən, iqtisadi böhranda boğulmuş bir ölkənin hakimiyyəti heç vaxt güclü ola bilməz. Bir sözlə, saxta yolla hakimiyyətə gəlmiş iqtidar heç vaxt güclü olaraq öz sözünü deyə bilməz. Hər bir ölkə rəhbəri çox gözəl bilir ki, işğalçı Ermənistan xarici ianələrin hesabına yaşayan bir ölkədir. Bir sözlə, xaricdən maliyyələşən və ölkəni xarici ianələr hesabına yaşadan hakimiyyətin heç bir gücü ola bilməz. Bütün bunların hamısı Ermənistanda hakimiyyətlə xalq arasındakı uçurumdan yox, burada baş verənlər sözügedən ölkənin iqtisadi iflası, hakimiyyətin böhranı və xalqın kütləvi şəkildə yaşamaq uğurunda apardığı mübarizəsinin köçmə formasıdır.
- Bu gün Ermənistan xarici qrantlar hesabına yaşaya-yaşaya qonşu ölkələrə qarşı ərazi iddiası ilə çıxış edir. Belə olan halda bu ölkənin sifarişlə hərəkət etdiyini söyləmək olarmı?
- Bəli, Ermənistan xarici ianələrdən maliyyələşərək idarə olunan ölkədir. Bu işğalçı ölkəni maliyyələşdirən və onu idarə edən ölkə isə Rusiyadır. Bir tərəfdən də, özləri bunu açıq şəkildə elan edir ki, Ermənistan Rusiyanın forpostudur. Qafqaz regionunda özünün mövqeyini möhkəmləndirmək üçün Ermənistan Rusiyanın əlində bir alətdir.
- Sarkisyan son bəyanatı ilə təcavüzkar bir ölkənin rəhbəri olduğunun sübutu sayıla bilərmi?
- Fikrimcə, Serj Sarkisyan təcavüzkar bir ölkənin rəhbəri deyil. Bu dünyada hökm sürən terrorist qurumun üzvlərindən biridir. Ermənistanın törətdiyi terror fəaliyyəti, birbaşa olaraq, Azərbaycanla bağlı olub. İşğalçı ölkə olan Ermənistan Dağlıq Qarabağda terrorçu qruplar yetişdirib. Ona görə də, Ermənistan prezidenti Serj Sarkisyanın səsləndirdiyi bəyanatlar, bir dövlət xadiminin bəyanatı deyil. Düşünürəm ki, S.Sarkisyan erməni xalqını çox çətin vəziyyətə salan və həm özünü, həm də siyasi hakimiyyətini iflasa aparan məxluqdur.
GÜLYANƏ
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB