İlham Əliyev: \"Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır\"

İlham Əliyev: \"Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır\"

"Dağlıq Qarabağ tarixi, əzəli Azərbaycan torpağıdır və hüquqi cəhətdən də Azərbaycan torpağıdır. Azərbaycanın ərazi bütövlüyü bütün dünya tərəfindən tanınır və Azərbaycanın ərazi bütövlüyü Dağlıq Qarabağ daxil olmaq şərti ilə bərpa edilməlidir". SİA-nın məlumatına görə, bu fikri Azərbaycan Prezidenti İlham Əliyev müqəddəs Ramazan ayı münasibətilə iftar mərasimində deyib.

\"Azərbaycanın ərazi bütövlüyü heç vaxt danışıqlar mövzusu olmayıb və olmayacaqdır\", - deyən dövlət başçısı ölkəmizin ərazi bütövlüyünün bərpa olunacağına şübhə etmədiyini və bu əminliyinin əsasında beynəlxalq hüquq, ölkənin siyasi çəkisinin, iqtisadi potensial, uğurlu gələcəyin, demoqrafiya amillərinin dayandığını bildirib: "Ermənistan rəhbərliyi bunu nəhayət anlasın ki, demoqrafiya amili vardır və bu amil bu gün də artıq özünü büruzə verir, artıq ölkəmizin 9 milyon 160 mindən çox əhalisi var, düşmən ölkədə isə əhali, iqtisadi potensial, təbii sərvətlər azalır. Hər bir sahədə Azərbaycanın üstünlüyü şəksizdir. Belə olan halda bu münaqişəni dondurulmuş vəziyyətdə saxlamaq mümkün olmayacaq".
Münaqişənin həlli ilə bilavasitə məşğul olan, vasitəçilik edən ölkələrin dövlət başçılarının bəyanatlarında status-kvonun dəyişdirilməsi barədə çağırışlarının sevindirici hal olduğunu bildirən Prezident İlham Əliyev diqqətə çatdır
ıb ki, status-kvo dözülməzdir və dəyişdirilməlidir: "Bunu ən çox istəyən Azərbaycan tərəfidir. Çünki bizim əzəli torpaqlarımız işğal altındadır. Biz istəyirik ki, Azərbaycan vətəndaşları tezliklə bu torpaqlara qayıtsınlar və Azərbaycanın suverenliyi bərpa edilsin".

Bütün xəbərlər Facebook səhifəmizdə