Bu gün Beynəlxalq Gənclər günüdür

Bu gün Beynəlxalq Gənclər günüdür

12 avqust Beynəlxalq Gənclər günüdür. SİA-nın məlumatına görə, 1998-ci il avqustun 8-dən 12-dək Lissabonda gənclərlə iş üzrə nazirlərin iştirakı ilə keçirilən beynəlxalq konfransda hər il avqustun 12-nin dünyada Gənclər günü kimi qeyd olunması qərara alınıb.

BMT-nin baş katibi Pan Ki Mun Beynəlxalq Gənclər günü münasibətilə dünya ictimaiyyətinə müraciət edib. Müraciətdə deyilir ki, 2007-ci ildə dünyanın əmək qabiliyyətli əhalisinin 25 faizini təşkil edən gənclərin 40 faizi işsizlikdən əziyyət çəkir. Qlobal iqtisadi tənəzzül nəticəsində yaxın gələcəkdə işsizliyin daha da artacağı gözlənilir.

Müraciətin sonunda vurğulanır ki, gənclər təhsil, səhiyyə xidmətləri, iş yerləri, maliyyə xidmətləri ilə tam şəkildə təmin olunmalıdırlar.

Azərbaycanda gənclərlə bağlı dövlətin siyasətini 1994-cü ildə yaradılmış Gənclər və İdman Nazirliyi yaradılıb. 1996-cı ildən başlayaraq Azərbaycan gənclərinin forumları keçirilir.

Bütün xəbərlər Facebook səhifəmizdə