Yaxın 2-3 gün ərzində havaların yağmursuz keçəcəyi gözlənilir

Yaxın 2-3 gün ərzində havaların yağmursuz keçəcəyi gözlənilir

Yaxın 2-3 gün ərzində havaların yağmursuz keçəcəyi gözlənilir. Ekologiya və Təbii Sərvətlər Nazirliyi Hidrometeoroloji Proqnozlar Bürosunun şöbə rəisi Gülşad Məmmədovanın SİA-ya verdiyi açıqlamasına görə, sabah hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir. Mülayim şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

Onun sözlərinə görə, havanın temperaturu gecə 20-25 dərəcə, gündüz 29-34 dərəcə isti təşkil edəcək: "Abşeron çimərliklərində dəniz suyunun temperaturu 24-25 dərəcə isti olacaq. Azərbaycanın rayonlarında avqustun 11-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi gözlənilir. Şərq küləyi əsəcək. Havanın temperaturu gecə 18-23 dərəcə, gündüz 30-34 dərəcə, dağlarda gecə 10-15 dərəcə, gündüz 18-23 dərəcə isti təşkil edəcək".

G. Məmmədova onu da vurğulayıb ki, sabah ölkə ərazisində hava şəraitinin dəyişkən buludlu, əsasən yağmursuz keçəcəyi gözlənilir.

Avqustun 12-də hava əsasən yağmursuz keçəcəyini deyən şöbə rəisi bildirib ki, 12-də axşam, 13-də gecə və axşam bəzi dağlıq və dağətəyi rayonlarda yağış yağacağı gözlənilir: "Şimal-qərb küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturu gecə 19-24, gündüz 30-35, dağlarda gecə 10-15, gündüz 20-25 dərəcə isti olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə