Ölkə rəhbəri cənab İlham Əliyev yenidən Rusiyanın Soçi şəhərində işgüzar səfərdədir. Bu görüş Rusiya prezidenti Dmitri Medvedevin təşəbbüsü ilə baş tutub. Onu da xatırladaq ki, Azərbaycan dövlətinin işğal altında olan Dağlıq Qarabağ ərazisi və Xəzərin hüquqi statusu görüşün əsas müzakirə mövzusu olacaq.
Millət vəkili Fazil Qəzənfəroğlu qeyd etdi ki, Rusiya prezidenti Dmitri Medvedevin mövqeyinə baxanda bəzən düzgün proqnoz söyləmək çətin olur. Son zamanlar mətbuatda belə bir məlumat yayılıb ki, Rusiya öz mövqeyində müəyyən qədər dəyişiklik edib, baza prinsiplərini dəyişdirmək barədə Azərbaycanla fikir mübadiləsi aparmaq və Azərbaycanın bir sıra təkliflərini qəbul etmək niyyətindədir.
Millət vəkili bildirdi ki, Rusiyanın nə vaxtsa Ermənistana dəstək verməsi fikrindən daşınacağı o qədər də real məsələ deyil.
Millət vəkilinin sözlərinə görə, ATƏT-in Minsk Qrupunun həmsədrlərinin içərisində ən aqressiv, ermənipərəst mövqeyi ilə seçilən və Dağlıq Qarabağın Azərbaycandan qoparılıb alınmasına səy göstərən dövlətlərdən birincisi Rusiyadırsa, ikincisi Fransadır. Bəlkə də Rusiyanın mövqeyində hansısa müəyyən dəyişiklik var. Amma bu dəyişikliyin hələ də rəsmi Moskvanın bütün xarici siyasət xəttini dəyişməsi deyil.
F. Qəzənfəroğlu onu da əlavə etdi ki, Rusiya prezidenti Dmitri Medvedev hələ ki bu dövlətin bütün hakimiyyət strukturlarına birmənalı şəkildə, hökm etmək səlahiyyətlərini əldə edə bilməyib. Çünki D. Medvedevin qarşısında Rusiyanın baş naziri Vladimr Putin, hərbi sənaye kompleksi və bir çox amillər var ki, bütün bunlar hamısı ayrı-ayrı siyasi qüvvələrdi. Əslində, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ məsələsinin həllində Rusiyanın mövqeyini kəskin şəkildə dəyişəcəyi və konstruktiv mövqe ortaya qoyacağını söyləmək müəyyən qədər çətindir. Nüvə dövləti olan Rusiyadan, işğalçılıq, təcavüzkarlıq siyasəti yürüdən Ermənistandan fərqli olaraq, sülhsevər Azərbaycan tərəfinin mövqeyi isə, birmənalı şəkildə hər kəsə bəllidir. Bu konstruktiv, adekvat mövqe xüsusilə də, Dağlıq Qarabağın statusunda özünü aydın şəkildə göstərir. Rusiya işğalçı Ermənistanla birlikdə bununla kifayətlənməyib ATƏT-in bir sənədini hazırlayıblar. Həmin prinsiplərdə referendumun keçirilməsi Dağlıq Qarabağın statusunun referendum nəticəsində müəyyən edilməsi və s. bu kimi məsələlər var ki, Azərbaycan tərəfi buna ciddi surətdə nəzarət edir.
Millət vəkili xatırlatdı ki, Azərbaycan dövləti ATƏT-in Minsk Qrupunun həmsədrlərinin təklif etdiyi məsələlərdən doqquzunda düzəliş edib. Son verilən məlumatlara görə, Azərbaycanın təklif etdiyi düzəlişin altısında kompromis əldə etmək mümkündür. Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ, eləcə də, Laçın koridoru məsələsində Azərbaycan tərəfinin mövqeyi çoxdan bəllidir. Amma Soçi şəhərində baş tutan Azərbaycan və Rusiya prezidentlərinin görüşünün nəticəsi barədə indi proqnoz vermək bir qədər çətindir.
"Bir sıra Rusiya KİV-nin yaydığı məlumata görə Medvedevin Azərbaycan tərəfinin mövqeyini dəstəklədiyi və Azərbaycan və Ermənistan prezidentlərinə göndərdiyi məktubda bunu qeyd edir. Doğrudanmı Rusiyanın mövqeyində dəyişiklik var" sualına cavablandıran millət vəkili bunu bir qədər tərəddüdlə qarşıladı.
F. Qəzənfəroğlu bildirdi ki, əgər belə olsa bunu Rusiyanın obyektivliyə , həqiqətə tərəf dönüş etdiyi kimi münaqişəsinin həllində inqilabi bir dönüş yaratmış olar.
Amma hələlik bunu təsəvvür etmək belə çətindir.
Sentyabr ayında Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı yol xəritəsinin imzalanacağına münasibət bildirən millət vəkili Qeyd etdi ki, əgər baza prinsipləri razılaşdırılarsa, yəni sülhə nail olmağın prinsipial müddəaları razılaşdırılmalıdır və danışıqlar bu prinsiplər əsasında aparılmalıdır.
Millət vəkilinin sözlərinə görə, Rusiya kimi totalitar, uzun müddət işğalçı müharibələr aparmış və bu işğalçı müharibələrdə özünü həmişə əlaltı kimi erməniləri və buna bənzər digər millətləri seçib. Ona görə də çətin ki, işğalçı olan Ermənistanla dostluğunun üstündən xətt çəksin.
Status-kvonun dəyişməsinə münasibət bildirən F. Qəzənfəoğlu onu da vurğuladı ki, artıq çoxdan bu rejim dəyişməli idi. Status-kvonun qalmasından Ermənistan yetəri qədər yararlandı. Amma bununla belə ötən zaman sadəcə, işğalçı Ermənistanın əleyhinə işləyir. Artıq 20 ildir ki, torpaqlarımız erməni işğalı alındadır. Və çox tez bir zamanda ya sülh, ya da hərb yolu ilə işğaldan azad olunacaq. Torpaqlarımızın erməni işğalında qalması faktı ilə heç zaman barışa bilmərik.
AYLANA RZAYEVA
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB