Dmitri Medvedev: “Avqust müharibəsi Ermənistan və Azərbaycan üçün ciddi dərs oldu”

Dmitri Medvedev: “Avqust müharibəsi Ermənistan və Azərbaycan üçün ciddi dərs oldu”

Gürcüstanın sülhə məcbur edilməsi istiqamətində Rusiyanın 2008-ci ildə Cənubi Osetiyada keçirdiyi əməliyyat Dağlıq Qarabağ münaqişəsinin tərəfləri Ermənistan və Azərbaycan üçün ciddi dərs oldu. SİA-nın xəbərinə görə, bunu Rusiya Prezidenti Dmitri Medvedev \"Russia Today\", Gürcüstanın \"Birinci Qafqaz İnformasiya\" telekanallarına və \"Exo Moskvı\" radiostansiyasına müsahibəsində deyib.

"Bu (beşgünlük müharibə) baş verəndə, hər iki ölkə prezidenti (Azərbaycan və Ermənistan) - həm Prezident İlham Əliyev, həm də Prezident Serj Sarkisyan burada, Soçidə olublar. Onlar bilirsiniz mənə nə dedilər? Dedilər: \"Bütün bunların baş verməsi əlbəttə ki, pis haldır, Qafqaz üçün bu, ağır şeydir\".

Mən dedim: \"Çox pis\". - \"Lakin siz bilirsiniz ki, bu, bizim üçün müəyyən dərsdir, Dağlıq Qarabağın taleyi, orada nə vaxtsa referendum keçirilib-keçirilməyəcəyi, sülh müqaviləsini necə hazırlamalı olmağımızla bağlı sonsuz danışıqlar aparmaq, bu beş gün müharibə aparmaqdan yaxşıdır. Bu, onlar üçün çox ciddi dərs olub\", - deyə, o əlavə edib.

Rusiya Prezidenti Gürcüstan prezidenti Mixael Saakaşvilini ölkəsini parçalamaqda günahladırıb. Onun fikrincə, əgər rəsmi Tiflis vaxtında kompramisə gəlsəydi danışqıların hansısa perspektivləri ola bilərdi: "Rusiya və Gürcüstan rəhbərləri də Soçidə, Kazanda görüşə bilərdilər. Nə vaxtsa eyni dövlətin bir hissəsi arasında qarşılıqlı əlaqələrin yaranması istiqamətində danışıqlar aparmaq olardı və nəzərədən keçirlərdi. Lakin indi isə Gürcüstan qoparılmış hissəsi barədə fikirləşir".

Bütün xəbərlər Facebook səhifəmizdə