Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Türkiyə Azərbaycana yeni hərbi attaşe təyin edib

Türkiyə Silahlı Qüvvələrinin Azərbaycana yeni hərbi attaşesi təyin olunub. Türkiyənin Azərbaycandakı səfirliyindən SİA-ya verilən məlumata görə, yeni hərbi attaşenin təyinatı ilə bağlı qərar Ali Hərbi Şurada qəbul edilib.

Şuranın qərarı ilə general-mayor Yücel Karauz Azərbaycana hərbi attaşe təyin edilib. O, bu postda general-mayor Özhan Ayaşı əvəz edəcək.

General-mayor Yücel Karauz son olaraq Tuncelidə Türkiyə Silahlı Qüvvələrinin 4-cü kommando briqadasında çalışıb.

Bütün xəbərlər Facebook səhifəmizdə