Abdulla Gül Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası sammitinə dəvəti qəbul edib
Türkiyə prezidenti Abdulla Gül bu il oktyabrın sonunda Alma-Atada keçiriləcək Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası sammitində iştirak edəcək. SİA-nın xəbərinə görə, bu barədə xəbəri Qazaxıstan mətbuatı xarici işlər naziri Erjan Kazıxanovun açıqlamasına istinadən yayıb. "Abdulla Gül dəvəti qəbul edib və Alma-Atada Türkdilli Ölkələrin Əməkdaşlıq Şurası sammitində iştirak edəcək",-deyə Qazaxıstan XİN-nin rəhbəri Kazıxanov türkiyəli həmkarı Əhməd Davudoğlu ilə keçirilən görüşünə həsr olunmuş brifinq zamanı deyib. O həmçinin bildirib ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının ilk sammiti 21-22 oktyabr tarixində Alma-Atada keçiriləcək. Onun sözlərinə görə, sammitin vəzifəsi qurumun vacib sənədlərinin yaradılması qaydaları və prosesi olacaq: "Hesab edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının parlaq gələcəyi olacaq".
Qeyd edək ki, Türkdilli Ölkələrin Əməkdaşlıq Şurasının yaradılması haqqında müqavilə 3 oktyabr 2009-cu il tarixində Naxçıvanda keçirilən Türkdilli Ölkələrin dövlət başçılarının IX sammitində imzalanıb.
Kazıxanov həmçinin Türkiyə baş naziri Rəcəb Tayyip Ərdoğanın Qazaxıstana planlaşdırılan səfəri barədə də məlumat verib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB