Ramazan təqvimi (2 avqust)

Bu gün 11 ayın sultanı olan Ramazan ayının ikinci günüdür. SİA-nın xəbərinə görə, bu gün imsaq: 05:17, iftar isə 21:10-dadir. Orucluq ayının ikinci günün duası belədir: "İlahi məni bu ayda Öz rizana yaxınlaşdır, qəzəbindən və intiqamından bu ay məni uzaq et. Ey Rəhimlilərin Rəhimlisi, məni bu ayda Öz ayələrini oxumağa müvəffəq et! Amin!"

Ayə: "İnsanlara doğru yolu göstərən, bu yolu açıq dəlilləri ilə aydınlaşdıran və (haqqı batildən) ayıran (Quran) ramazan ayında nazil edilmişdir. Aya (ramazan ayına) yetişən şəxslər (bu ayı) oruc tutmalıdırlar; xəstə və ya səfərdə olanlar isə tutmadığı günlərin sayı qədər başqa günlərdə tutsunlar. Allah sizin üçün ağırlıq deyil, yüngüllük istər ki, fövtə gedən günlərin orucunu tamamlayasınız və sizi düz yola yönəltməsinə görə Ona ("Allahu əkbər" deməklə) təzim və şükür edəsiniz" ("Bəqərə" surəsi, ayə 185)

Hədis: \"Əgər qullar, Ramazan-ı şərif ayındakı fəzilət və ehsanları bilsəydilər, bütün ilin Ramazan olmasını istəyərdilər. Çünki bunda çox savab vardır.\"

Bütün xəbərlər Facebook səhifəmizdə