Azərbaycan Prezidentinin və Türkiyənin Baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub

Azərbaycan Prezidentinin və Türkiyənin Baş nazirinin nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüş olub

Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğanın nümayəndə heyətlərinin iştirakı ilə geniş tərkibdə görüşü keçirilib. SİA-nın məlumatına görə, prezident İlham Əliyev görüşü açaraq deyib: "Hörmətli cənab Baş nazir, əziz qardaşım! Sizi Azərbaycanda səmimiyyətlə salamlayıram, ölkəmizə xoş gəlmisiniz. İlk növbədə, rəhbərlik etdiyiniz partiyanın parlament seçkilərində qazandığı inamlı qələbə münasibətilə Sizi ürəkdən təbrik edirəm, Sizə cansağlığı, yeni uğurlar arzulayıram.

Seçkilərdən bir ay sonra Azərbaycana etdiyiniz rəsmi səfər, əslində, bizim əlaqələrimizin nə qədər yüksək səviyyədə olmasını göstərir. Həqiqətən, bu əlaqələr müttəfiqlik səviyyəsindədir, dostluq, qardaşlıq prinsipləri əsasında formalaşıbdır. Hazırda bu əlaqələr bütün sahələri əhatə edir və nəinki ikitərəfli müstəvidə, eyni zamanda regional məsələlərdə də Türkiyə-Azərbaycan dostluğu və birliyi çox vacib amilə çevrilib.

Bu gün biz Sizinlə geniş söhbət etdik, demək olar, gündəlikdə duran bütün məsələləri müzakirə etdik və bir daha gördük ki, bütün bu məsələlərdə bizim mövqeyimizdə heç bir fərq yoxdur. Bu, belə də olmalıdır. Çünki bizi birləşdirən tarixi köklər, mədəni köklər o qədər güclüdür ki, bunlar Türkiyə-Azərbaycan əlaqələrinin inkişafında çox mühüm rol oynayır.

Mən Sizi və Sizinlə bərabər Bakıya gəlmiş bütün qardaşlarımızı bir daha salamlayıram. Bir daha Sizə "Xoş gəlmisiniz!" deyirəm. Qısa da olsa, əminəm ki, səfəriniz çox uğurlu və yaddaqalan olacaq".

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня