Azərbaycanın Kanadadakı səfiri ölkənin Nyu Bransvik əyalətinə səfər edib

Azərbaycanın Kanadadakı səfiri ölkənin Nyu Bransvik əyalətinə səfər edib

Azərbaycanın Kanadadakı səfiri Fərid Şəfiyev ölkənin Nyu Bransvik (New Brunswick) əyalətinə 25-27 iyul tarixlərində səfər edib.

Azərbaycanın Kanadadakı səfirliyindən SİA-ya verilən xəbərə görə, səfər zamanı F.Şəfiyev Nyu Bransvik əyalətinin paytaxtı Frederikton (Fredericton) şəhərinin meri Brad Vudsayd (Brad Woodside), Nyu Bransvikin kənd təsərrüfatı naziri Maykl Olskəmp (Michael Olscamp) və enerji naziri Kreq Leonard (Craig Leonard) ilə görüşüb.

Görüşlər zamanı ikitərəfli ticarət və sərmayə əlaqələri müzakirə olunub. Nyu Bransvikdə yerləşən İrvinq (Irving) şirkəti 2010-cu ildə Azərbaycandan 300 milyon ABŞ dollarına yaxın neft məhsulu alıb.

Daha sonra səfir tanışlıq məqsədilə Nyu Bransvikin Kartof İnkişaf Mərkəzini (Potato Propagation Centre) ziyarət edib.

Həmçinin, səfər zamanı səfir Şəfiyev əyalətin \"The Daily Gleaner\" ve \"L\'Acadie Nouvelle\" qəzetlərinə müsahibə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə