Tarixin bu günü və ya bu günün tarixi

Tarixin bu günü və ya bu günün tarixi
- Sərkərdə Abbas Mirzə Qacar anadan olub (1789)

- Gəncədə Rusiya müstəmləkəçiliyi əleyhinə güclü üsyan baş verib. Bu, Gəncə xanlığının 1804-cü ildə Rusiya tərəfindən işğalından sonra çar üsul-idarəsinə qarşı ilk kütləvi çıxış idi. Üsyan rus qoşunları tərəfindən amansızlıqla yatırılıb (1826)

- Afrika koloniyaları arasında ilk dəfə Liberiya müstəqilliyini elan edib (1847)

- Fransa Haitini işğal edib (1891)

- Suriyanın eks-prezidenti Əmir Hafiz anadan olub (1921)

- "Şərq qadını" jurnalının redaktoru, Azərbaycan Xalq Maarif Komissarlığı kütləvi mədəni-maarif işlər şöbəsinin rəhbəri Gülarə Qədirbəyova antisovet təbliğatda ittiham olunaraq həbs edilib. Gülarə xanımın sonrakı taleyi məlum deyil (1938)

- Türkiyədə neft tapılıb (1951)

- Kubada inqilabi hərəkat başlayıb. İnqilab lideri Fidel Kastro həbs edilib (1953)

- Misir prezidenti Camal Əbdül Nasir Süveyş kanalının milliləşdirilməsi haqqında qərar verib (1956)

- SSRİ ilk dəfə qitələrarası ballistik raketi sınaqdan çıxarıb (1957)

- Yuqoslaviyada zəlzələ nəticəsində 1100 nəfər həlak olub, 100 000 insan evsiz eşiksiz qalıb (1963)

- Azərbaycan və Yunanıstan arasında iqtisadi, sənaye və texnoloji sahələrdə əməkdaşlıq haqqında Saziş imzalanıb (1994)

- Ermənistan və Azərbaycanın müdafiə nazirləri atəşkəs rejiminə əməl etmək barədə öhdəlik imzalayıblar (1994)

- Yazıçı İsmayıl Şıxlı vəfat edib (1995)


Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня