Rusiyanın müdafiə naziri Anatoli Serdyukov bu gün Bakıya ikigünlük səfərə gələcək. SİA-nın məlumatına görə, Azərbaycan Müdafiə Nazirliyindəki mənbələr məlumatı təsdiqləyiblər.
Rusiyanın müdafiə naziri Anatoli Serdyukov
iyulun 25-26-sı aralığında Azərbaycanda rəsmi səfərdə olacaq. Azərbaycanın müdafiə naziri Səfər Əbiyevlə bir araya gələcək A.Serdyukovun
azərbaycanlı həmkarı ilə hərbi əməkdaşlıq məsələlərini müzakirə edəcəyi
bildirilir.
Məlumata görə, səfər çərçivəsində hər hansı sənədin içzalanması nəzərdə
tutulmayıb.
Rusiyalı nazir Azərbaycan prezidenti İlham Əliyevin də qəbulunda olacaq.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB