Maliyyə danışıqları bu gün davam etdiriləcək. SİA-nın məlumatına görə, Amerika Birləşmiş Ştatlarının prezidenti Barak Obama ilə Konqresdəki partiyaların liderləri arasında maliyyə danışıqlarının növbəti mərhələsi də nəticəsiz başa çatıb.
Ağ evdə 1 saatdan az davam edən
müzakirələrdən sonra dövlət borcu həddinin qaldırılması məsələsində heç bir
irəliləyiş olmayıb.
Dövlət xərclərinin azaldılması proqramında təkid edən
konqresmenlər də güzəştə getmək niyyətində deyillər.
Avqustun 2-nə, Birləşmiş Ştatları texniki defoltun gözlədiyi tarixə isə 1 həftə
qalır. Ağ evdə müzakirələrin bu gün davam edəcəyi gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB