Araz Əzimov: “Ermənistan hakimiyyəti Azərbaycanla müharibə etmək üçün cəhdlər edir” - AÇIQLAMA
Ermənistan hakimiyyəti Azərbaycanla müharibə etmək üçün cəhdlər edir. SİA-nın məlumatına görə, bunu Azərbaycan xarici işlər nazirinin müavini Araz Əzimov deyib. O bildirib ki, Ermənistan üçün müharibə problemlərdən qaçış üsuludur: "Ermənistan hakimiyyəti daxili siyasi və iqtisadi problemlərdən qaçmaq üçün müharibə istəyir. Onlar ölkələrinin ictimaiyyətinin fikrini problemlərdən yayındırmaqdan və hakimiyyətlərini möhkəmləndirməkdən ötrü müharibə istəyirlər".
Nazir müavini Ermənistan prezidentinə müxalifətin təzyiq etdiyini, diasporun onunla yola getmədiyini vurğulayıb: "Əgər Serj Sarkisyan müharibəyə nail olsa, ona xaricdən dəstək gələcək və daxildə də insanlar onun ətrafında birləşəcəklər. Təmas xəttində insidentləri yalnız belə qiymətləndirmək olar".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB