Prezident İlham Əliyev Norveç kralına başsağlığı verib

Prezident İlham Əliyev Norveç kralına başsağlığı verib
Azərbaycan prezidenti İlham Əliyev Norveç Kralı Əlahəzrət V Haralda başsağlığı verib. SİA-nın məlumatına görə, başsağlığında deyilir: "Oslo şəhərində törədilmiş terror aktları nəticəsində çoxsaylı insan tələfatı xəbəri bizi olduqca sarsıtdı.

Biz bu dəhşətli hadisələrdən son dərəcə hiddətlənir, terrorizmin bütün təzahürlərini qətiyyətlə pisləyirik.

Baş vermiş faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxın adamlarına, bütün Norveç xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm".

Qeyd edək ki, Norveçdə iyulun 22-də törədilmiş iki terror aktında 90-a qədər insan həlak olub, xeyli sayda yaralı var.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня