Azərbaycan nümayəndə heyəti Latviyada referendumu müşahidə edəcək

Azərbaycan nümayəndə heyəti Latviyada referendumu müşahidə edəcək

Latviya Seyminin buraxılması ilə əlaqədar keçiriləcək referendumu müşahidə etmək məqsədilə Azərbaycan nümayəndə heyəti iyulun 23-dən 25-dək bu ölkədə səfərdə olacaq.

SİA-nın məlumatına görə, referendumda Azərbaycanı Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun rəhbərlik etdiyi müşahidə missiyası təmsil edəcək.

Səfər çərçivəsində MSK-nın sədri Məzahir Pənahovun latviyalı həmkarı və digər rəsmi şəxslərlə görüşləri nəzərdə tutulur.

Qeyd edək ki, səfər Latviya Mərkəzi Seçki Komissiyasının sədri Arnis Sim-darsın dəvəti ilə həyata keçiriləcək.

Bütün xəbərlər Facebook səhifəmizdə