Prezident İlham Əliyev Misir Silahlı Qüvvələri Ali Şurasının sədrini təbrik edib

Prezident İlham Əliyev Misir Silahlı Qüvvələri Ali Şurasının sədrini təbrik edib

Azərbaycan Prezidenti İlham Əliyev Misir Ərəb Respublikası Silahlı Qüvvələri Ali Şurasının sədri feldmarşal Məhəmməd Hüseyn Tantavini təbrik edib. SİA-nın xəbərinə görə, təbrikdə deyilir: "Misir Ərəb Respublikasının milli bayramı - İnqilab günü münasibətilə Sizi və bütün xalqınızı ürəkdən təbrik edirəm. Ümidvaram ki, Azərbaycan ilə Misir arasındakı ənənəvi dostluq və əməkdaşlıq münasibətləri xalqlarımızın mənafelərinə uyğun olaraq daim inkişaf edəcək və genişlənəcəkdir".

Bütün xəbərlər Facebook səhifəmizdə