Allahşükür Paşazadə Abdullah Güllə görüşüb

Allahşükür Paşazadə Abdullah Güllə görüşüb

Türkiyə prezidenti Abdullah Gül qardaş ölkədə səfərdə olan Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib. SİA-nın məlumatına görə, bu barədə Türkiyə prezidentinin saytında yerləşdirilib.

Lakin görüşdə müzakirə olunan məsələlər barədə heç bir məlumat verilməyib.

Şeyxülislamın başçılıq etdiyi heyət bu gün, həmçinin İstanbulda İslam Tarix, Sənət və Mədəniyyət Araşdırma Mərkəzində (İRCİCA) olub.

Türkiyə Diyanət İşləri İdarəsi ilə QMİ arasında protokol imzaladıqlarını deyən A. Paşazadə "Bu protokolu Azərbaycan və Türkiyə arasında mənəvi dəyərlərin qorunması, din və mədəniyyətin daha da yüksəlməsinə yardımçı olmaq üçün imzaladıq", – deyə qeyd edib.

A. Paşazadə jurnalistlərə açıqlamasında Qarabağ münaqişəsi haqqında da danışıb: "Biz çox arzu edirik ki, məsələ sülh yolu ilə həll olunsun, qan tökülməsin. Bizim 1 milyona yaxın qaçqın və məcburi köçkünümüz var. Ərdoğan həzrətləri çox böyük işlər görür. Bizə yardımçı olur. Biz bunu bilir və dəyərləndiririk".

Bütün xəbərlər Facebook səhifəmizdə