Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfirini diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib
Xarici işlər naziri Elmar Məmmədyarov Rumıniyanın Azərbaycandakı səfiri Nikolae Urekeni diplomatik fəaliyyətini başa vurması ilə əlaqədar qəbul edib. Xarici İşlər Nazirliyinin (XİN) mətbuat xidmətindən SİA-ya verilən məlumata görə, görüş zamanı işlədiyi dövrdə ölkələr arasında münasibətlərin daha da genişlənməsi və inkişafı üçün fəaliyyət göstərdiyini söyləyən səfir bu istiqamətdə Azərbaycan XİN-lə faydalı əməkdaşlığını qeyd edib.
Öz növbəsində, E. Məmmədyarov N. Urekeyə xoş arzularını bildirib, gələcək işlərində müvəffəqiyyətlər arzulayıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB