Azərbaycan prezidenti İlham Əliyev Bakıda işgüzar səfərdə olan Rusiya xarici işlər naziri Sergey Lavrovu qəbul edib. SİA-nın məlumatına görə, Sergey Lavrov Rusiya prezidenti Dmitri Medvedevin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı şəxsi məktubunu Azərbaycan dövlət başçısına təqdim edib. Lavrov məktubu oxuduqdan sonra prezidentin mövqeyini bildirməsinə ümid etdiyini də dilə gətirib: "Kazan görüşünün nəticələri əsasında Rusiya prezidenti Dmitri Medvedyev Dağlıq Qarabağ münaqişəsinin həllinə dair təkliflər hazırlayıb. Həmin təkliflər planını Medvedev məktub vasitəsilə sizə və Ermənistan prezidentinə göndərib. Ümid edirəm ki, məktubda yer verilən təklifləri öyrəndikdən sonra mövqeyinizi bildirəcəksiniz".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB