Əli Laricani ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib

Əli Laricani ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət edib
Ölkəmizdə rəsmi səfərdə olan İran İslam Şurası Məclisinin sədri Əli Laricani iyulun 1-də Fəxri xiyabana gələrək xalqımızın ümummilli lideri, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyevin xatirəsini ehtiramla yad etmiş, məzarı önünə əklil qoyub.

SİA-nın xəbərinə görə, sonra Şəhidlər xiyabanına gələn qonaq Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsini yad etmiş, "Əbədi məşəl" abidəsinin önünə əklil qoyub.
Bakının ən hündür nöqtəsindən Azərbaycan paytaxtının mənzərəsini seyr edən qonağa şəhərimizdə görülən abadlıq-quruculuq işləri barədə məlumat verilib.

Bütün xəbərlər Facebook səhifəmizdə