Fələstin prezidentinin rəsmi qarşılanma mərasimi olub

Fələstin prezidentinin rəsmi qarşılanma mərasimi olub
İyunun 28-də Azərbaycan Respublikasına rəsmi səfərə gələn Fələstin Dövlətinin Prezidenti Mahmud Abbasın rəsmi qarşılanma mərasimi olub.

SİA-nın xəbərinə görə, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı meydanda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

Fəxri qarovul dəstəsinin rəisi Prezident İlham Əliyevə raport verdi.

Azərbaycan Prezidenti İlham Əliyev Fələstin Prezidenti Mahmud Abbası qarşıladı.

Fəxri qarovul dəstəsinin rəisi Fələstin Dövlətinin Prezidentinə raport verdi.

Fələstinin və Azərbaycanın dövlət himnləri səsləndi.

Dövlət başçıları fəxri qarovul dəstəsinin qarşısından keçdilər.

Fələstin Dövlətinin Prezidenti Azərbaycan əsgərlərini salamladı.

Azərbaycanın dövlət və hökumət nümayəndələri Prezident Mahmud Abbasa, Fələstin nümayəndə heyətinin üzvləri Prezident İlham Əliyevə təqdim olundu.

Fəxri qarovul dəstəsi hərbi marşın sədaları altında dövlət başçılarının qarşısından keçdi.

Prezidentlər rəsmi foto çəkdirdilər.

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər layihələrimiz


Səs TV qaynar xətt: +(994 55) 699-88-81, +(994 12) 598-33-90, sesmediaqrup@gmail.com
LiveInternet: показано число посетителей за сегодня