Ermənistanın baş naziri: \"Rəsmi İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıdır\"

Ermənistanın baş naziri: \"Rəsmi İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıdır\"

"ATƏT-in Minsk Qrupu uğur əldə etməyə yaxındır və ABŞ, Rusiya, Fransa prezidentlərinin son bəyanatı buna sübutdur". SİA-nın "News.am" xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri Ermənistanın baş naziri Tiqran Sarkisyan Vyanada keçirilən "Rusiyaya doğru baxış" adlı konfransda sualları cavablandırarkən deyib. Onun sözlərinə görə, rəsmi İrəvan Ermənistan-Azərbaycan münasibətlərinin normallaşmasında maraqlıdır.

T. Sarkisyan bildirib ki, erməni tərəfi ABŞ, Rusiya, Fransa prezidentlərinin son bəyanatın əsas müddəaları ilə razıdır və problemin tez bir zamanda həlli üçün siyasi iradə göstərməyə hazırdır: "Hesab edirik ki, bunun üçün hər cür obyektiv əsaslar var. Bizim azərbaycanlı həmkarlarımızın da siyasi iradə göstərməsi və bundan sonrakı danışıqlar üçün təməl təşkil edəcək razılaşmanı imzalamağa hazır olması vacibdir".

Bütün xəbərlər Facebook səhifəmizdə