Vladimir Doroxin: “2011-ci ildə iki ölkə arasındakı ticarət dövriyyəsi proqnozlara əsasən, 2,7 mlrd. dollara çatacağı gözlənilir”
"Exo Moskvı" radiostansiyasının baş redaktoru Aleksey Venediktovun öz müavini Sergey Buntmanın Azərbaycanın işğal altında olan ərazilərinə səfərindən sonra onların adının Azərbaycana səfər etməsi arzu edilməyən şəxslərin siyahısına daxil edilməsi bu suveren ölkənin öz hüququdur\". SİA-nın xəbərinə görə, bunu Rusiyanın Azərbaycandakı səfiri Vladimir Doroxin bu gün keçirdiyi mətbuat konfransında bildirib. Azərbaycanın Xraxoba və Uryanoba kənd sakinlərinin problemlərinin həlli üzrə Rusiya-Azərbaycan diplomatik məsləhətləşmələrini şərh edən səfir bildirib ki, bu çox incə məsələdir, çünki söhbət insan həyatından gedir: "İnsanlara yeni situasiyanı başa salmaq və bu situasiya ilə barışmalı olduqlarını anlatmaq üçün Azərbaycan hakimiyyəti və Dövlət Miqrasiya Xidməti sıx şəkildə işləmişik. Azərbaycan tərəfinin böyük səbir və konstruktiv mövqe nümayiş etdirməsini xüsusi qeyd etmək istəyirəm. Bu mövqe ona əsaslanır ki, insanlar bu vəziyyətə öz günahları olmadan düşüblər. Buna görə də qeyd olunan məsələyə çox həssas yanaşmaq lazımdır. Biz təkcə Azərbaycan tərəfi ilə məsləhətləşmələr aparmamışıq, mən özüm azərbaycanlı həmkarlarımla birlikdə üç dəfə o kəndlərə səfər etmişəm. Durumu kənd sakinləri ilə uzun müddət müzakirə etdik".
Doroxin bu məsələni Rusiyada, Dağıstanda siyasiləşdirmək istəyən qüvvələrin olduğunu deyib: "Bu yaxşı deyil, insanlar barədə düşünmək lazımdır. Əsas odur ki, insanlar yeni tarixi şəraitə düşdüklərini və Azərbaycan ərazisində yaşadıqlarını anlasınlar. Buna görə də onların iki yolu var – Azərbaycan ərazisində qalmaq, bu durumlarını yerli qanunvericilik əsasında leqallaşdırmaq. Əgər bunu istəmirlərsə, onda çıxıb getmək lazımdır. Biz əhalinin köçürülməsi proqramı əsasında onlara kömək etməyə hazırıq. Azərbaycan tərəfi də yardım etməyə hazırdır. İnsanların bir qismi Azərbaycan vətəndaşlığını qəbul etmək qərarına gəliblər, bir hissəsi isə Rusiyaya getmək arzusundadır. Proses gedir və biz bu prosesi insanların maraqlarını nəzərə almaqla başa çatdıracağıq".
Azərbaycandan Rusiyaya təbii qazın ixracı 2011-ci ildə iki dəfə artırıla və 2 mlrd. kubmetrə çatdırıla biləcəyini deyən səfir bildirib ki, Azərbaycan qazının nəqli Rusiya-Azərbaycan münasibətlərində xüsusi elementdir: "Gündəlik göstəricilər bu ilin sonunadək 2 mlrd. kubmetr qaz nəql olunacağını göstərir. Eyni zamanda Rusiyanın Azərbaycanın satacağı qədər qaz almağa hazırdır. Bu baxımdan "Qazprom"un təklifi hələ də qüvvədədir. Əgər Azərbaycan daha böyük həcmdə qaz satmağa başlasa, biz onu alacağıq. Yox, əgər Azərbaycan öz qazını "Nabucco"ya və ya başqa yerə satmaq istəyirsə, buyursun. Bu məsələlərlə bağlı Azərbaycanla aramızda tam qarşılıqlı anlaşma var, hər hansı anlaşılmazlıq yoxdur. Biz Azərbaycanın fikrinə hörmətlə yanaşırıq və gələcəkdə də belə olacaq".
İki ölkə arasındakı ticarət dövriyyəsini şərh edən V.Doroxin bildirib ki, 2009-cu ildə ticarət dövriyyəsi rekord həddə - 2,4 mlrd. dollara çatıb. 2010-cu ildə qlobal iqtisadi böhranla əlaqədar bu göstərici 1,8 mlrd. dollara enib, 2011-ci ildə isə proqnozlara əsasən, 2,7 mlrd. dollara çatacağı gözlənilir.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB