Riçard Morninqstar: “ABŞ Azərbaycanı özünə strateji müttəfiq ölkə hesab edir”
Bu gün Amerika Birləmiş Ştatların və Böyük Britaniyanın Azərbaycandakı səfirlikləri XVIII Beynəlxalq Xəzər Neft və Qaz, Neft Emalı və Neft Kimyası sərgisi çərçivəsində ziyafət mərasimi keçiriblər. SİA-nın xəbərinə görə, tədbirdə çıxış edən ABŞ-ın Avrasiya enerji məsələləri üzrə xüsusi nümayəndəsi Riçard Morninqstar bildirib ki, ABŞ Azərbaycanı özünə strateji müttəfiq ölkə hesab edir. Onun sözlərinə görə, ABŞ Azərbaycanda təkcə enerji məsələləri ilə yox, həmçinin qeyri-neft sektoru sahəsində də əməkdaşlıqda maraqlıdır. R.Morninqstar vurğulayıb ki, Azərbaycanla ABŞ arasında dostluq əlaqələri mövcüddur və bu münasibətləri ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza daha da möhkəmləndirməyə çalışır: "ABŞ Azərbaycanı özünə strateji müttəfiq ölkə hesab edir".
Britaniyanın Azərbaycandaki səfiri xanım Karolin Braun bildirib ki, Böyük Britaniya ilə Azərbaycan arasında yüksək səviyyədə münasibətlər mövcuddur və bu əlaqələr günü-gündən möhkəmlənir: \"450 il bundan əvvəl Böyük Britaniyalı biznesmenlər Azərbaycana gəlib. Ötən il ən çox Azərbaycan investitsiya qoyan şirkətlər arasında B.Birtaniya xüsusi yer tutur və bu yatırımları artırmaq niyyətindəyik. Hazırda Bakı ilə Birləşmiş Krallıq arasında 10 təyyarə reysi həyata keçirilir. Bu da vətandaşların ölkələri daha yaxından tanımasına şərait yaradır\".
Azərbaycanda Böyük Britaniya investisiyalarının həcmi 52 faiz təşkil etdiyini deyən səfir heç bir xarici ölkənin Azərbaycandakı investisiyalarının sayının bu rəqəmə yaxın olmadığını bildirib: "Azərbaycanla Böyük Britaniya arasında ikitərəfli əlaqələr möhkəm və uğurludur". K.Braun may ayından Bakı-Aberdin aviareysinin fəaliyyətə başladığını da xatırladıb
Tədbirdə çıxış edən ABŞ-ın Azərbaycandakı səfiri Metyu Brayza isə sərgi-konfransın "Cənub dəhlizi" enerji layihəsini reallığa çevirdiyini deyib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB