Miroslav Layçak: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək və qlobal məsələləri birgə həll etməyin vaxtı çatıb”

Miroslav Layçak: “Azərbaycanla tərəfdaşlığı inkişaf etdirmək və qlobal məsələləri birgə həll etməyin vaxtı çatıb”

Avropa İttifaqının Xarici Siyasət Xidmətinin Avropa və Mərkəzi Asiya üzrə icraçı direktoru Miroslav Layçak Azərbaycanda səfərdədir. Avropa İttifaqının Azərbaycandakı nümayəndəliyindən SİA-ya verilən məlumata görə, onu səfərdə "Şərq Tərəfdaşlığı" ölkələri şöbəsinin rəhbəri, Azərbaycanla Avropa İttifaqı arasında assosiativ saziş üzrə danışıqlara başçılıq edən Con Kyaer müşayiət edir.

Miroslav Layçak Azərbaycan prezidenti İlham Əliyevlə görüş keçirib. Onun həmçinin xarici işlər naziri Elmar Məmmədyarov, müdafiə naziri Səfər Əbiyev, siyasi partiyalar, vətəndaş cəmiyyəti, beynəlxalq təşkilatlar və diplomatik korpusun nümayəndələri ilə görüşləri nəzərdə tutulur.

"Avropa Qonşuluq Siyasəti Cənubi Qafqaz regionu ölkələri üçün geniş imkanlar açır. Azərbaycan Avropa İttifaqı üçün önəmli tərəfdaşdır, biz ölkənizlə sıx münasibətlər qurmuşuq. Biz islahatların davam etdirilməsi üçün ölkənizlə əməkdaşlığı davam etdirmək istəyirik. Tərəfdaşlığı inkişaf etdirmək və qlobal məsələləri birgə həll etmək vaxtı çatıb. Assosiativ saziş münasibətlərimizi daha da inkişaf etdirməyə imkan verəcək"- deyə o, vurğulayıb.

Qeyd edək ki, Miroslav Layçakın Azərbaycana səfəri bu gün başa çatacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə