Səfər Əbiyev Ukraynanın Azərbaycandakı səfirini qəbul edib

Səfər Əbiyev Ukraynanın Azərbaycandakı səfirini qəbul edib

İyunun 3-də Azərbaycan Respublikasının müdafiə naziri general-polkovnik Səfər Əbiyev Ukraynanın Azərbaycana yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Aleksandr Mişenkonu qəbul edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən SİA-ya verilən xəbərə görə, nazir Səfər Əbiyev yeni təyinatına görə səfiri təbrik edib. Görüşdə Ukrayna ilə Azərbaycan arasında hərbi əlaqələrin perspektivləri barədə fikir mübadiləsi aparılıb.

Bütün xəbərlər Facebook səhifəmizdə