Hulusi Kılıç: “Türkiyə prezidentlərin Kazan görüşündən yüksək nəticələr gözləyir”
"Türkiyə Azərbaycan, Rusiya və Ermənistan prezidentlərinin iyunun 25-də Rusiyanın Kazan şəhərində keçiriləcək görüşündən yüksək nəticələr gözləyir". SİA-nın xəbərinə görə, bunu Türkiyənin Azərbaycandakı səfiri Hulusi Kılıç jurnalistlərə açıqlamasında deyib. Onun sözlərinə görə, rəsmi Ankara Kazanda münaqişənin həllinə dair qərar qəbul olunmasının tərəfdardır: "Türkiyə hər zaman Azərbaycanın yanındadır. Biz Dağlıq Qarabağ münaqişəsinin həlli istiqamətində əlimizdən gələn köməyi göstərməyə hazırıq. Biz başda Rusiya prezidenti Dmitri Medvedyev olmaqla, bu işdə əməyi olan hər kəsə təşəkkürümüzü bildiririk. Bu problemi həll etsək, bölgədəki digər problemlər də həll olunar, Türkiyə-Ermənistan sərhədləri açılar. İlk bağlanan qapının da ilk açılması lazımdır. Biz bu problemin həlli üçün nə lazımdırsa, etməyə hazırıq".
Qarabağ münaqişəsinin çoxdan həll olunmalı olduğunu deyən səfir bildirib ki, bu proses gecikir: "Zaman ötdükcə, insanların da səbri tükənir".
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB