Azərbaycan-Özbəkistan tərəfdaşlığı müasir beynəlxalq münasibətlər sistemində tarixi köklərə, qarşılıqlı hörmətə və strateji maraqlara söykənən nümunəvi müttəfiqlik modeli kimi inkişaf etməkdədir. Azərbaycan və Özbəkistanın münasibətlərini Türk dünyasının ümumi inkişaf prosesinin tərkib hissəsidir. Hər iki ölkə Türk Dövlətləri Təşkilatının fəal üzvüdür və təşkilatın siyasi, iqtisadi və humanitar potensialının gücləndirilməsində mühüm rol oynayır.
Son illərdə Azərbaycan Respublikası ilə Özbəkistan Respublikası arasında münasibətlərin inkişaf dinamikası göstərir ki, tərəflər dərindən düşünülmüş, uzaqgörən və çoxşaxəli strateji xətt yürüdürlər. Əsrlərdən gələn ortaq tarix, dil, mədəniyyət və mənəvi dəyərlər bu gün müasir geostrateji reallıqlarla tamamilə zənginləşib. Prezident İlham Əliyevin Özbəkistanın Milli İnformasiya Agentliyinə verdiyi geniş müsahibə iki qardaş ölkə arasında formalaşan bu kompleks və çoxşaxəli əməkdaşlıq modelinin hərtərəfli mənzərəsini ortaya qoyur. Prezident cənab İlham Əliyev öz müsahibəsində bildirdi ki, "İki qardaş ölkə - Azərbaycan və Özbəkistan arasında münasibətlər ortaq tarixə, mədəniyyətə, dil və mənəvi dəyərlərə, həmçinin birliyə, həmrəyliyə və xalqlarımızın əsrlərlə davam etdirdiyi, nəsildən-nəslə ötürdüyü dərin qarşılıqlı rəğbətə əsaslanır. Bu möhkəm bünövrə üzərində qurulan dövlətlərarası münasibətlər son illər misli görünməmiş inkişaf mərhələsinə qədəm qoyub, ən yüksək pilləyə - müttəfiqlik səviyyəsinə yüksəlib və tamamilə yeni məzmun qazanıb.
Özbəkistan Respublikasının Prezidenti, əziz qardaşım, hörmətli Şavkat Miromonoviç Mirziyoyev ilə mənim aramda mövcud olan səmimi dostluq, qarşılıqlı hörmət və etimad Azərbaycan-Özbəkistan qardaşlığının möhkəmlənməsində, dövlətlərarası əlaqələrin hazırkı səviyyəyə qaldırılmasında və müttəfiqliyimizin inkişafında xüsusi rol oynayır. Prezident Mirziyoyevin ölkələrimiz arasında qardaşlıq, birlik və müttəfiqlik naminə yorulmaz və qətiyyətli fəaliyyəti ona Azərbaycanda dərin hörmət və rəğbət qazandırıb."
Bu gün Azərbaycan–Özbəkistan müttəfiqliyi iki dövlətin münasibətlərindən daha geniş məna daşıyır. Bakı–Daşkənd əməkdaşlığı Cənubi Qafqaz və Mərkəzi Asiya arasında əlaqələrin möhkəmlənməsinə, Türk dünyasının inteqrasiyasına və Şərqlə Qərb arasında yeni iqtisadi bağlantıların formalaşmasına mühüm töhfə verir. Ən əsası isə bu münasibətlər keçmişin dəyərlərini gələcəyin ortaq imkanları ilə birləşdirir.
Elmin Məmmədov,
YAP Ağdam rayon təşkilatının əməkdaşı
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB