Ermənistanın Avropaya inteqrasiya prosesi hələ vətəndaşlara aydın seçim təklif edə biləcək mərhələyə çatmayıb. Ermənistanın baş naziri Nikol Paşinyan hələlik ölkəsinin AB və ya Avrasiya İqtisadi Birliyinə (AAİB) üzvlüyü ilə bağlı referendum keçirmək üçün heç bir səbəb görmür. Bu barədə "Armenpress" məlumat verib.
Paşinyanın sözlərinə görə, Ermənistanın Avropaya inteqrasiya prosesi hələ vətəndaşlara aydın seçim təklif edə biləcək mərhələyə çatmayıb. Buna görə də, ölkə həmin təşkilatla AB arasında seçim "qaçılmaz" olana qədər Avrasiya İqtisadi Birliyi çərçivəsində işləməyə davam edəcək. "Ermənistan rəsmi olaraq AB üzvlüyünə müraciət edənə və ya AB üzvlüyünə namizəd statusuna yaxınlaşana qədər hər hansı bir referendumun keçirilməsi məntiqsizdir", - deyə baş nazir bildirib və qeyd edib ki, belə bir seçim hazırda yalnız "nəzəri" xarakter daşıyır.
Paşinyan vurğulayıb ki, Ermənistan AAİB daxilində sakit və tərəfdaşlığa əsaslanan işini davam etdirəcək, çünki "bu istiqamətdə hələ də potensial var və biz bundan yaxın gələcəkdə istifadə edəcəyik".
Xatırladaq ki, mayın 29-da Kreml AAİB ölkələri - Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstan liderlərinin birgə bəyanatını dərc edərək Ermənistan hakimiyyətini Avropa İttifaqına qoşulmaq və ya AİB-də qalmaq üçün "mümkün qədər tez" referendum keçirməyə çağırıb.
Bundan əvvəl Kreml Aİ və ABŞ ilə yaxınlaşma kursuna başlayan Ermənistana iqtisadi və siyasi təzyiq göstərməyə başlayıb. Moskva artıq Ermənistan mallarının idxalını və satışını məhdudlaşdırıb və İrəvanın Rusiyanın təsirindən qurtulmaq səylərini davam etdirəcəyi təqdirdə ona enerji təchizatını dayandırmaqla hədələyib.
Həmçinin məlum olub ki, Kreml Baş nazir Nikol Paşinyanın yenidən baş nazir olmasının qarşısını almaq üçün Rusiyada yaşayan 100.000 ermənini Ermənistana köçürməyə hazırlaşır. Parlament seçkiləri iyunun 7-də keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB