“Azərbaycan beynəlxalq platformalarda siyasi dialoq və praktik əməkdaşlığı genişləndirir” - Nazir
“2025-ci ildə Azərbaycan İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələrlə əməkdaşlığın daha da gücləndirilməsi istiqamətində ardıcıl addımlar atıb. Xüsusilə iqtisadi əməkdaşlıq çərçivəsində aparılan yüksək səviyyəli müzakirələr mühüm əhəmiyyət daşıyır. Qarabağ və Şərqi Zəngəzur bölgələrinin bu əməkdaşlıq proseslərinə aktiv şəkildə cəlb olunması prioritet məsələlərdəndir. Lakin qeyd etməliyəm ki, bu istiqamətdə hələlik tematik forumlar təşkil edilməyib”.
SİA xəbər verir ki, bu fikirləri xarici işlər naziri Ceyhun Bayramov nazirliyin 2025-ci ilin yekunlarına dair hesabat tədbiri zamanı səsləndirib.
Nazir bildirib ki, regional və sahəvi əməkdaşlıq mexanizmlərinin inkişaf etdirilməsi vacibdir:
“Koçum bələdiyyəsinin ekologiya sahəsindəki rolu nəzərə alınaraq, bu istiqamətdə ayrıca əməkdaşlıq çərçivəsinin müəyyənləşdirilməsi məqsədəuyğundur. Eyni zamanda, gənclər təşkilatları çərçivəsində fəaliyyətin həmin bölgədə davam etdirilməsi xüsusi əhəmiyyət kəsb edir”.
Ceyhun Bayramov vurğulayıb ki, Azərbaycan beynəlxalq platformalarda da fəal mövqe nümayiş etdirir:
“Ölkəmiz D-8, Y-33 kimi platformalarda öz milli təşəbbüslərini irəli sürüb. Bununla yanaşı, Şimal Axınlarının Mühafizəsi Təşkilatı (NAMA), Atom Enerjisi üzrə Beynəlxalq Agentlik, Kimyəvi Silahların Qadağan Olunması Təşkilatı, Şanxay Əməkdaşlıq Təşkilatı və Müstəqil Dövlətlər Birliyi kimi qurumlar çərçivəsində siyasi dialoq və praktik əməkdaşlığın inkişafı istiqamətində əməli addımlar atılıb”.
Nazir əlavə edib ki, bu fəaliyyətlər Azərbaycanın beynəlxalq nüfuzunun möhkəmlənməsinə və çoxtərəfli əməkdaşlıq imkanlarının genişlənməsinə xidmət edir.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)
.jpg)


USD
EUR
GBP
RUB