YAP-ın yaranmasının 33-cü ildönümü Səbail rayonunda geniş şəkildə qeyd olunur -YENİLƏNİR -FOTOLAR
Yeni Azərbaycan Partiyasının (YAP) yaranmasının 33-cü ildönümü münasibətilə YAP Səbail rayon təşkilatının təşkilatçılığı ilə geniş tədbir proqramı həyata keçirilib. Tədbir çərçivəsində əvvəlcə Ulu Öndər Heydər Əliyevin Badamdar qəsəbəsində ucaldılan abidəsi və Səbail rayon şəhidlərinin xatirə kompleksi ziyarət olunub, abidələr önünə gül dəstələri qoyulub. SİA xəbər verir ki, rəsmi mərasim Beynəlxalq Muğam Mərkəzində davam etdirilib. Tədbirdə Ulu Öndər Heydər Əliyevin və şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, daha sonra Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
Tədbirdə YAP Səbail rayon təşkilatının sədri Muxtar Nağıyev, YAP İdarə Heyətinin üzvü və UNEC-in rektoru Ədalət Muradov, YAP Veteranlar Şurasının üzvü və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədr müavini Sədaqət Qəhrəmanova, Səbail Rayon İcra Hakimiyyəti başçısının müavini Eldar Ağayev, şəhid anası Mehriban xanım və Vətən müharibəsi iştirakçısı Ramin Şirinov çıxış ediblər. Natiqlər partiyanın ölkənin ictimai-siyasi həyatında rolunu, 33 ildə keçdiyi inkişaf yolunu və dövlətçilik prinsiplərinə bağlılığını vurğulayıblar.
Daha sonra YAP Səbail rayon təşkilatının fəal üzvlərinə fəxri fərmanların, partiyaya yeni qəbul olunan şəxslərə isə partiya vəsiqələrinin təqdimatı keçirilib. Təqdimat mərasimində müxtəlif kateqoriyalardan olan üzvlər səhnəyə dəvət olunaraq təltif olunublar.
Tədbirin bədii hissəsində tanınmış ifaçıların çıxışları təqdim olunub. Aylin Nağıyeva “Mən Azərbaycanlıyam”, Əsmar Muradlı isə “Ey Vətən” kompozisiyalarını səsləndirib. Ardınca Beynəlxalq Muğam Mərkəzinin solist və musiqiçilərindən ibarət instrumental heyətin müşayiəti ilə “Çahargah” təsnifi (Arzu Əliyeva), “Rast” təsnifi (Məmməd Sədrayev) və “Bayatı-Şiraz” (Nisbət Nəcəfova) ifaları təqdim olunub.
Bütün xəbərlər Facebook səhifəmizdə
.jpg)



USD
EUR
GBP
RUB