Növbəti diplomatik uğur - Düşənbə görüşü

“Oktyabrın 10-da Düşənbədə keçirilən Müstəqil Dövlətlər Birliyinin Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında Prezident İlham Əliyevin çıxışı Azərbaycanın regional və beynəlxalq arenada artan nüfuzunun növbəti təzahürü oldu. Prezidentin çıxışında xüsusi olaraq vurğulandı ki, Azərbaycan və Tacikistan arasında münasibətlər dostluq, qardaşlıq və qarşılıqlı dəstəyə əsaslanır. Son illərdə bu münasibətlər yeni dinamika qazanıb, iqtisadi-ticarət əlaqələri genişlənib, humanitar və mədəni sahələrdə qarşılıqlı layihələr həyata keçirilib”. Bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, iki ölkə prezidentlərinin mütəmadi görüşləri, qarşılıqlı səfərləri və imzalanmış sazişlər bu münasibətləri strateji əməkdaşlıq səviyyəsinə yüksəldib: “Əməkdaşlığımız həm də MDB məkanında ortaq inkişaf modelinin formalaşmasına xidmət edir. Prezidentin Düşənbədə söylədiyi fikirlər bu münasibətlərin qarşılıqlı etimad və dostluq üzərində qurulduğunu bir daha təsdiqləyib ki, Tacikistan ilə Azərbaycan arasında ikitərəfli münasibətlər ardıcıl inkişaf edir. Onlar qardaşlıq, dostluq, qarşılıqlı dəstəyə əsaslanır və böyük inkişaf potensialına malikdir. İlham Əliyev çıxışında Şərqi Zəngəzur bölgəsinin Laçın şəhərinin bu il MDB-nin mədəniyyət paytaxtı kimi namizədliyini dəstəklədiklərinə görə MDB dövlət başçılarına təşəkkürünü bildirib. Eyni zamanda ölkə başçısı öz çıxışında humanitar1 sahədə əməkdaşlığın möhkəmləndirilməsi məsələlərinə də toxunub. Prezidentin Düşənbə sammitindəki çıxışı digər beynəlxalq qurumlarda olduğu kimi, bu siyasi platforma çərçivəsində də ölkəmizin önəmli rolunu qorumaq niyyətində və gücündə olduğunun ifadəsidir”.

Bütün xəbərlər Facebook səhifəmizdə