İsrail səfirinin müavini Azərbaycandakı missiyasını başa vurub

İsrailin Bakıdakı səfirinin müavini Yoav Bistritski diplomatik missiyasını başa vurub. SİA-nln verdiyi məlumata görə, o, bu barədə "X" hesabında yazıb.

"İki il. Bu, çoxlu təəssürat və dostluq əlaqələri ilə dolu möhtəşəm bir səyahət idi. Mənim bir parçam həmişə Azərbaycana aid olacaq. Qonaqpərvərliyinə, ikinci evim olduğuna görə təşəkkür edirəm, Bakı. Həyatımın bu fəslinin yazılmasında iştirak edən hər kəsə sonsuz təşəkkürlər", - diplomat yazıb.

O, həmçinin İsrailin Azərbaycandakı keçmiş səfiri Corc Dikə və səfirliyin əməkdaşlarına təşəkkürünü bildirib.

Bistritski yeni təyinatını elan etsə də, gələcək diplomatik fəaliyyətinin təfərrüatlarını açıqlamayıb.

"Mən keçmiş səfir Corc Dikə və səfirlikdəki sadiq komandamıza ölkələrimiz arasında möhkəm əlaqələrin gücləndirilməsində göstərdikləri səylərə və diqqətə görə təşəkkür edirəm. Mən həmçinin növbəti missiyama hazırlaşıram", - o yazıb.

Xatırladaq ki, 2025-ci il avqustun 1-də İsrailin Bakıdakı yeni səfiri Ronen Kraus etimadnaməsinin surətini Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramova təqdim edib.

Bütün xəbərlər Facebook səhifəmizdə