Kişineu Azərbaycanla əməkdaşlığı qiymətləndirir, dialoqun inkişafına ümid edir - Moldova XİN

Moldova Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanı xalqını 28 May - Müstəqillik Günü münasibətilə təbrik edib. SİA xəbər verir ki, bu barədə xarici siyasət idarəsinin sosial şəbəkələrdəki hesabında paylaşım edilib.

"Azərbaycan xalqını və hökumətini 28 May - Müstəqillik Günü münasibətilə səmimi təbrik edirik! Moldova ölkələrimiz arasındakı dostluq münasibətlərini və səmərəli əməkdaşlığı qiymətləndirir. Dialoqun davam etdirilməsinə və inkişafına ümid edir", - məlumatda vurğulanıb.

Bütün xəbərlər Facebook səhifəmizdə