Azərbaycanda tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər elektronlaşdırılıb
Prezident İlham Əliyev "Şəhərsalma və Tikinti Məcəlləsində dəyişiklik edilməsi haqqında” 30 may 2023-cü il tarixli qanunun icrası ilə əlaqədar bəzi fərmanlarında dəyişiklik edib. SİA xəbər verir ki, dəyişikliyə əsasən, "Tikinti layihələrinin ekspertizadan keçirilməsi Qaydaları” yenilənib.
Belə ki, bundan sonra tikintiyə icazə icraatı çərçivəsində tikinti layihələrinin ekspertizadan keçirilməsi üzrə bəzi hərəkətlər şəhərsalma və tikinti fəaliyyətinin vahid informasiya təminatı sistemi vasitəsilə elektron qaydada həyata keçiriləcək.
Bütün xəbərlər Facebook səhifəmizdə