Azərbaycan Ordusunun mövqeləri yenidən atəşə tutulub

Azərbaycan Silahlı Qüvvələrinin mövqeləri atəşə tutulub. Bu barədə SİA-ya Müdafiə Nazirliyindən bildirilib.

"Martın 18-i saat 22:20-dən martın 19-u saat 01:40-dək Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonunun Zod, Yuxarı Şorca və Qarakilsə rayonunun Bazarçay yaşayış məntəqələri istiqamətlərində yerləşən mövqelərindən Azərbaycan Ordusunun mövqelərini atıcı silahlardan yenidən fasilələrlə atəşə tutub", – hərbi qurumun məlumatında qeyd olunub.

Bütün xəbərlər Facebook səhifəmizdə