"Xocalı faciəsi yalnız Holokost soyqırımı ilə müqayisə edilə bilər" - POLİTOLOQ RƏY BİLDİRDİ
"Xalqımızın üzləşdiyi dəhşətli Xocalı faciəsi yalnız Holokost soyqırımı kimi insanlıq tarixinə düşmüş qanlı faciə ilə müqayisə edilə bilər". Bu sözləri SİA-ya açıqlamasında politoloq Polad Mehdiyev deyib.
Onun sözlərinə görə, XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. "Azərbaycanlılara qarşı Beynəlxalq cinayət hüququ ilə cinayət sayılan genosid(soyqırım), təcavüz, insanlıq əleyhinə cinayətlər törədilmişdir. “Soyqırımı” anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnaməsi ilə qəbul etdiyi “Soyqırımı cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında” Konvensiya ilə müəyyən edilmişdir və müəyyən hərəkətləri etməklə hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi kimi başa düşülür".
Politoloq sözlərinə davam edərək bildirib ki, Azərbaycan Respiblikası Prokurorıuğu tərəfindən xocalı soyqırımı ilə əlaqədar cinayət işi açılıb.
"Aparılan rəsmi istintaq nəticəsində beynəlxalq hüquqa əsasən Xocalıda mülki əhaliyə qarşı aparılmış hücumlara münasibətdə soyqırımı cinayətinin aşağıdakı elementlərinin mövcudluğu müəyyən edilmişdir:
* öldürmə və bədənə fiziki və mənəvi xəsarətə səbəb olmaqdan ibarət actus reus (əməlin obyektiv tərəfi);
* cinayət əməlinin sahiblərinin hədəfinə tuş gələn xüsusi mühafizə olunan qrupun mövcudluğu;
* irqi, etnik, milli və ya dini əsaslarla fərqlənən qrupun tam və ya qismən məhv edilməsi üçün xüsusi soyqırımı niyyəti.
Xocalıda törədilmiş cinayətlərə görə Beynəlxalq məhkəməyə müraciət edilməli və bu cinayətlərə Beynəlxalq məhkəmə münasibət bildirərək Ermənistan dövləti və onun səlahiyyətli şəxslərini məsuliyyətə cəlb etməlidir. Həmin şəxslərin hıbsinə order verməlidir. Ermənistan Roma statutunu ratifikasiya edib. Buna görə də məhkəmənin qərarı məcburu xarakter daşıyır. Eyni zamanda Xocalı soyqırımı bir çox ölkələrdə qəbul olunan parlament aktlarında tanınmış və xatırlanmışdır. Bu vaxtadək, Bosniya və Herseqovina, Kolumbiya, Çex Respublikası, Honduras, İordaniya, Meksika, Pakistan, Panama, Peru, Sudan, Cibuti, Qvatemala, Paraqvay, Sloveniya, Şotlandiya, İndoneziya və Əfqanıstanın qanunverici orqanları, həmçinin ABŞ-ın 20-dən çox ştatı tərəfindən müvafiq parlament qətnamələri qəbul edilmişdir. 20 noyabr 2012-ci il tarixində Cibutidə keçirilmiş İslam Əməkdaşlıq Təşkilatının (İƏT) Xarici İşlər Nazirləri Şurasının 39-cu sessiyasında Xocalıda törədilmiş cinayətləri soyqırımı kimi tanıyan qətnamə qəbul edilmişdir. 2013-cü ilin fevral ayında Qahirədə keçirilən İƏT İslam Zirvə Konfransının 12-ci sessiyasında qəbul olunan Yekun Kommünikedə üzv dövlətlər Xocalı soyqırımının tanınması istiqamətində zəruri səylər göstərməyə çağırılırlar".
Bütün xəbərlər Facebook səhifəmizdə