Azərbaycan Respublikası Vəkillər Kollegiyasının (ARVK) sədri Anar Bağırovun rəhbərliyi ilə vətəndaş qəbulu keçirilib. Bu barədə SİA-ya ARVK-dən məlumat verilib.
Bildirilib ki, ARVK-nın binasında Bakı və rayonlarından qəbula gələn vətəndaşların keyfiyyətli hüquqi yardımla bağlı müraciətləri dinlənilib, hər biri qeydiyyata alınıb.
Qəbulda vətəndaşlar tərəfindən qaldırılan hüquqi problemlərinin həlli yolları müzakirə edilib, lazımi məsləhətlər verilib, habelə sədr məsələlərin bir qisminin həlli üçün tapşırıqlar verib, araşdırılmasına ehtiyac olan müraciətlər isə nəzarətə götürülüb.
Bütün xəbərlər Facebook səhifəmizdə